Pusiya prezidenti Vladimir Putinin xalqa müraciətini dinlədim, bildiyiniz kimi qismən səfərbərlik elan etdi, bununla da əlavə 300 min nəfər ehtiyatda olan hərbi qulluqçunu müharibəyə göndərmək istəyir.
Onun bu qərarını xüsusi əməliyyatın uğursuzluğunun etirafı kimi də dəyərləndirmək mümkündür, çünki, Xarkov ətrafında baş verən son hadisələrdən sonra bunu gizlədə bilməzdi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə börə, Putin başa düşür ki, bu gedişlə Rusiya dağıla bilər, onda görə də belə qərarla Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılmasına çalışır: "Amma artıq gecdir. Ona görə də bu gerçəklikdən dolayı narahatlığını "Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşəndə bütün üsullardan, o cümlədən nüvə silahından istifadə edəcəyik" deyərək bütün dünyanı hədələyir. "Bu, blef deyil" deyib Qərbi qorxuzmaqla həm də qorxduğunu nümayiş etdirir.
Bu çıxışdan Putinin sonunu və necə tükəndiyi müşahidə etmək mümkündür. Artıq proses başlayıb, Rusiyada hakimiyyətyönlü mətbuat “qanunsuz mitinqlər”in iştirakçıları "hərbi xidmətə çağırılacaqlar" deyə onları etirazlardan çəkindirməyə başlayıblar. Amma hesab etmirəm ki, bununla baş verənlərin qarşısını almaq mümkün olacaq. Rusiya Putin hakimiyyətinin son dövrünü yaşayır, Putin də dikatorluğunun axırıncı akkordlarını vurur".
Q.İbadoğlunun fikrincə, biz unutmamalıyıq ki, hazırda tarixi baxımdan çox əhəmiyyətli dövrdə yaşayırıq, tezliklə post-sovet diktaturalarının dağılmasının şahidlərinə çevrilə bilərik: "Diktatorların hamısının sonu yaxınlaşır, sonadək Putinlə birgə olanlar "irəli" düşəcək. Ona görə də biz də bu dəyişikliklərə, həm Rusiyada yaşayan həmyerlilərimizi qəbul etməyə, həm də Qarabağda təcavüzlərə, Ermənistan-Azərbaycan sərhəddində təxribatlara hazırlıqlı olmalıyıq".
Ləman,
SİTAT.İNFO