"Əgər Rusiya Ukrayna ərazisinə nüvə zərbəsi endirsə, bu, Qərb ölkələrinin reaksiyasına səbəb olacaq, xüsusən də ABŞ müharibəyə tam girə bilər".
SİTAT.İNFO xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç bu barədə rusiyalı jurnalist Yuliya Latınina müsahibəsində danışıb.
Aretoviçin sözlərinə görə, Rusiyanın nüvə silahını sınaqdan keçirməsi ehtimalı artıb, lakin bu, çətin ki, genişmiqyaslı nüvə müharibəsinə çevrilsin.
"O, bu səfərbərliyi elan etdikdən sonra, açığı, nüvə silahından istifadə ehtimalı artdı. NATO belə düşünür, amerikalılar da bunu ciddi qəbul edirlər. Amma bu, onun əldə edəcəyi son şeydir. Mən ümumi nəticəyə inanmıram. Nüvə müharibəsi yox, nüvə silahının bir dəfəlik istifadənin qarşısını almaq üçün savaş olacaq".
Onun sözlərinə görə, Rusiyanın taktiki nüvə silahından istifadə etməsi Ukrayna hərbçilərini dayandırmayacaq və ya qorxutmayacaq, əksinə onları daha da qəzəbləndirəcək və motivasiya edəcək.
"Qorxmasaq nə olacaq? Təsəvvür edək ki, biz irəliləyirik, hansısa Ukrayna briqadasına nüvə silahı atırlar. Təbii ki, bizim böyük itkilərimiz olacaq. Qalanları isə bunu görüb daha da irəliyə gedəcəklər. Biz daha qəzəbli mübarizə aparacağıq”.
Aretoviç hesab edir ki, bir neçə nüvə başlığından istifadə artıq tam nüvə müharibəsi demək olacaq.
Nərgiz,
SİTAT.İNFO