“Şimal axını”nın bombalanmasının arxasında kim dayanır?

15:32 29 Sentyabr 2022

“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş vermiş qəza planlaşdırılmış təxribat idi.

SİTAT.İNFO xəbər verir ki, bu sözləri İspaniyanın baş nazirinin müavini Tereza Ribera deyib.

Ribera “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərindəki vəziyyətin təxribat olduğunu açıq-aşkar deyib və bunun arxasında Rusiyanın dayandığına da inanır: "Mənə elə gəlir ki, hazırda iki sualtı qaz kəmərinin arxasında təxribat əməliyyatı olmasa, üç belə çatın ola bilməz”.

Eyni zamanda, “Reuters”in məlumatına görə, Rusiya artıq qaz kəmərində qəzanın ABŞ-ın nəzarətində olan zonada baş verdiyi barədə bəyanat verib. 

Estoniyanın müdafiə naziri Hanno Pevkurun fikrincə, Rusiya “Şimal axını” qaz kəmərlərindəki insidentləri sızdırmaqla diqqəti Ukraynadan yayındırmağa cəhd edə bilər: 

"Rusiya istərdi ki, Avropa ölkələri, NATO müttəfiqləri öz daxili işləri ilə məşğul olsunlar. Bütün bunlar ona görədir ki, Rusiya Ukrayna ilə sakit şəkildə məşğul ola bilsin", - Pevkur bildirib.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalunun sözlərinə görə, Rusiya tədricən eskalasiyaya başlayıb: “Rusiyanın fikrincə, yaxın günlərdə Ukraynanın parçalanması qanuni şəkildə baş verməlidir və o, özünü bütün nüvə gücü ilə müdafiə edəcəyinə söz verib. Əgər Rusiya belə bir terror əməliyyatına əl atsa, o zaman biz sizin strateji infrastrukturunuza nəzarət etmək barədə düşünməliyik, çünki su altında mümkün olanlar quruda baş verə bilər. Əslində bu, müttəfiqlərin iqtisadi zonasında da baş verir.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti