Məktəbdə narkotik paylanması iddiası ilə bağlı - DİN-dən açıqlama

16:35 4 Oktyabr 2022

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 95 nömrəli orta məktəbdə dərman formasında olan narkotik maddənin şəhid ehsanı adı ilə uşaqlara paylanması iddiasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən "Sitat.info"ya verilən məlumata görə, məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb:

"Araşdırmalar zamanı görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb.

Valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik".



Xəbər xətti