SON DƏQİQƏ! Bu dövlət rüsumu ləğv edildi

16:47 11 Oktyabr 2022

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir. 

Sitat.info xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. 

Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.

İclasda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsinin sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.

Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul olunub. 



Xəbər xətti