İbrahim Tatlısəsin qızının toyu oldu

00:04 12 Oktyabr 2022

Türkiyəli sənətçi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəsin bu gün toyu olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İbrahim Tatlısəs bu özəl gündə qızını tək qoymayıb.

Dilan Tatlısəsin qardaşı İdo Tatlısəs mərasimə həyat yoldaşı ilə birlikdə qatılıb.

Qeyd edək ki, Dilan uzun müddətdir sevgili olduğu Levent Dörter ilə nikah masasına əyləşib.

 

 




Xəbər xətti