Məmur Qarabağ qazisindən rüşvət istədi - "Məni təhqir edir, medallarımı söyür" VİDEO

13:04 12 Oktyabr 2022

Sabirabad rayonundan olan II Qarabağ müharibəsi qazisi İsmayılov Abış Samir oğlu  ... şikayətçidir. O , probleminin ictimailəşdirmək üçün Sitat.info-ya müraciət edib. 

Dediyinə görə, müharibədən qayıtdıqdan sonra Sabirabad Rayon Mərkəzi xəstəxanasına mühafizəçi kimi işə düzəlib. İşlədiyi müddətdə heç bir problem yaşamasa da, oraya yeni təyin olunan Bayram Mikayılov adlı məmur Abış İsmayılovdan işə təmənnasız qəbul olunduğu üçün rüşvət tələb etməyə başlayıb. 

Qazi deyir ki, Bayram Mikayılov bundan öncə Xətai rayonunda işləyərkən korrupsiya faktları ilə işdən uzaqlaşdırılıb, sonra isə Saatlı Rayon Məşğulluq İdarəsində etik davranış qaydalarını pozduğuna görə işdən çıxarılıb:  "Sonra isə o,  Sabunçu rayon Sosial Müdafiə Fondundan korrupsiyaya görə çıxarılıb. Eyni zamanda həyat yoldaşı Gülnar Cəbrayılovanı bıçaqlayıb. Belə bir insanı gətib Sabirabad Rayon Mərkəzi xəstəxanasının Maliyyə işləri üzrə direktor müavini qoyublar. O isə öyrənib ki, mən qazi olaraq  mühafizəçi işinə təmənnasız düzəlmişəm. Məni  çağırıb haqq istədi. O korrupsiya işində o qədər püxtələşib ki, bilir onun bu tələbini sübut edə bilməyəcəm". 

Qazinin sözlərinə görə, Bayram Mikayılov dəfələrlə şəxsiyyətini alçaldıb: "Dedim ki, bunu etmə, məni dövlət 5 medalla təltif edib. Sonra medallarımı da söydü...". 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

 



Xəbər xətti