Bu stansiyalarda hərəkət məhdudlaşdırılacaq

23:21 12 Oktyabr 2022

Bakı Metropolitenində bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

 

Sitat.info-nun məlumatına görə, bu barədə qurumdan bildirilib. 

Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.



Xəbər xətti