Bakı tıxacdan buna görə qurtula bilmir - 2022-ci ildə Gürcüstandan gətirilən avtomobillərin sayı açıqlandı

01:07 20 Oktyabr 2022

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 221,9 milyon ABŞ dolları dəyərində 22 587 ədəd avtomobil ixrac edib.

Sitat.info Avtosfer.az-a xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. 

Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 32,2 milyon dollar və ya 16,9% artıb, sayı isə 5 938 ədəd və ya 20,8% azalıb.

Ötən ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 189,7 milyon dollar dəyərində 28 525 ədəd avtomobil ixrac edib.



Xəbər xətti