Bu yerlərdə siqaret çəkənlər 1000 manatadək cərimələnir — VİDEO

13:53 21 Oktyabr 2022

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdrılması haqqında qanun var. 

Qanunda müəyyən olunan yerlərdə tütündən istifadə məsuliyyət yaradır. Fiziki və hüquqi şəxs olmasından asılı olaraq 30 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. 

Cebhe.info hansı məkanlarda tütün məmulatlarından istifadə edilməsi haqqında "Qanundan kənar" verilişində yayımlanan məlumatları bölüşür. Mövzu ilə bağlı kanala danışan DİN əməkdaşı Nurlan Əliyev verdiyi açıqlamasında bildirib ki, ictimai yerlərdə, bankomatların önündə, parklarda, dayanacaqlarda, küçə və prospektlərdə, insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlər istisna olunmaqla siqaret çəkən şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin

212- ci maddəsinə uyğun olaraq, şəxs barədə 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir. O da qeyd edilib ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda "Bu yelərdə tütün çəkmək qadağandır!" yazısının və ya işarəsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər barədə isə 1 000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir. 

Vəkil Rəşad Əliyev bildirib ki, təhsil müəssisələri və əraziləri, tibb müəssisələri və əraziləri, kütləvi idman tədbirlərinin keçirildiyi yerlər, teatr, sirk, mədəniyyət obyektləri, məişət obyektləri, kafe, restoran, barlar, həmçinin uşaq meydançaları, yeraltı və yerüstü keçidlərdə, dəmir yolu vağzallarında, hava limanlarında, dayanacaqlarda siqaret çəkilməsi qadağandır. 

Qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsində 30 manat cərimə nəzərdə tutulur. Dəmir yolu vağzalları, metro və hava limanlarında siqaret çəkməyə görə isə 40 manatdan 100 manatadək cərimə müəyyənləşir. Təqaüddə olan hakim, uzun müddət məhkəmə sədri olmuş Kəramət Əliyev isə bildirib ki, qadağanedici normalarda qanunun tələbi konkretdir. Məhkəmələr bu tələbdən kənara çıxa bilməzlər. O bildirib ki, qanunda da göstərilib ki, tütün məmulatlarının istifadə edilməsinin məhdudaşdırılması deyilir, qadağan edilməsi qoyulmayıb. İstər yol, istər park olsun, açıq məkanlar olduğuna görə həmin məkanlarda tütün məmulatlarından istifadənin məhdudlaşdırlması qanunda nəzərdə tutulmayıb. 

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun 10- cu maddəsinə görə, avtobus və digər ictimai nəqliyyat vasitələrilə yanaşı, taksilərdə də siqaret çəkmək qadağandır. Buna görə vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə cərimə oluna bilərlər. 



Xəbər xətti