Laçında iki nəfər minaya düşdü

19:56 21 Oktyabr 2022

Laçında iki nəfər minaya düşüb.

Sitat.info-nun məlumatına görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.

Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya təsdiq edilib.

Qeyd edək ki, minaya düşən hər iki şəxsin elə əslən Laçının Suaarası kəndindən olduğu bildirilir.



Xəbər xətti