Qəza bu avtobusların hərəkət sxemini dəyişdi

09:17 26 Oktyabr 2022

Yasamal rayonu Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. 

“Sitat.info” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda qeyd olunan marşrutlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

 

 

 



Xəbər xətti