Yasamala su nə vaxt veriləcək?

13:07 26 Oktyabr 2022

“Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək”.

 

Sitat.info xəbər verir ki, bu sözləri “Azərsu”yun mətbuat katibi Anar Cəbrayıllı feysbukda yazıb.

O bildirib ki, bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq.

Cəbrayıllı qeyd edib ki, qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq.



Xəbər xətti