Sabahın havası açıqlandı

12:52 27 Oktyabr 2022

Azərbaycanda oktyabrın 28-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Sitat.info”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.

 



Xəbər xətti