Günün havası - Külək, yağış...

08:59 28 Oktyabr 2022

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu olacaq. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-22° isti, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-20° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 14-19° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-22° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 18-21° isti, dağlarda gecə 8-10°, gündüz 14-17° isti olacaq.



Xəbər xətti