Amerikalı milyarder İlon Mask tvitterin səhimlərini alıb.
Sitat.info xəbər verir ki, CNBC-nin müxbiri Devid Faber məlumat yayıb.
Onun sözlərinə görə, artıq əvvəlki rəhbərlik Tvitter-in ofisini tərk edib.
“Mənə məlumat verildi ki, keçmiş baş direktor Paraq Agraval və şirkətin maliyyə direktoru (CFO) Ned Seqal qərargahı tərk etdilər”, - deyə o bildirib.
Xatırladaq ki, aprel ayında “Twitter“ rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini açıqlamışdı.