Azərbaycanda 8-15 min manat arası maaşı kimlər alır?

13:34 28 Oktyabr 2022

"Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, gələn il aylıq rəsmi maaşı 8000 manatdan çox olan şəxslərin hesabına dövlət büdcəsinə 91 milyon manat gəlir vergisi daxil olacaq.

Vergi Məcəlləsinin 101.1-1 maddəsinə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq muzdlu gəlirlərinin 8000 manatdan artıq hissəsindən 14% dərəcəsi ilə vergi tutulur.

Bəs real olaraq ölkədə bu gəlir kateqoriyasına aid nə qədər belə şəxs var?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Rövşən Ağayev  bildirdi ki, rəsmi statistikada hər hansı məlumat yoxdur: " Lakin kobud hesablama ilə bu gəlir qrupu üzrə aylıq orta maaş təxminən 15 000 manat ətrafında olsa, təxminən 7500-8000 nəfərdən söhbət gedir.

Güman ki, bu səviyyədə əmək haqqı yalnız maliyyə, özəl səhiyyə, neft və İT kimi sektorlarda mümkündür.

Hətta rəsmi səviyyədə belə yüksək əmək haqqı məbləğinin mövcudluğu rəsmi statistikanın gəlir bərabərsizliyilə bağlı real olmayan aşağı göstəricilərini kölgədə qoyur".

İqtisadçı vurğuladı ki, minimum və ən yüksək məvacibər arasında fərqin az qala 40 dəfəyə çatdığı ölkədə rəsmi statistikanın aşağı və yuxarı desil qruplarının gəlirləri arasında fərqi 3-4 dəfə göstərməsi son dərəcə absurddur .

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti