DİQQƏT: Bu qəndləri almayın! - Bizi belə zəhərləyirlər - VİDEO

14:31 28 Oktyabr 2022

"Mən bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Son zamanlar qənd və şəkər tozu ilə bağlı ekspertizalar aparmışıq. Təəssüflə qeyd etmək istəyirəm ki, araşdırmalarımızın nəticələri 12 istehsalçıya aid məhsullarda Kükürd dioksid adlı xüsusi toksik maddə aşkarlanıb".

Sitat.info xəbər verir ki,  bu sözləri AQTA (Qida Təhlükəsizliyi Agentliyi) sədri Qoşqar Təhməzli ötən gün 9 ayın hesabatına aid keçirilən mətbuat konfransında deyib. Qurum rəsmisi, həmin məhsulların aşkarlanaraq geri çağırıldığını bildirib:

"Həmin istehsalçılar bu maddəni qəndin ağardılması üçün istifadə edirlər. O da bilavasitə insan sağlamlığım üçün təhlükəlidir və istehlaka yarasızdır. Tərəfimizdən 1097 kiloqram belə məhsul geri çağırılıb".



Xəbər xətti