Son günlərdə bəzi ərzaq məhsullarının kəskin bahalaşması müşahidə olunur.
Sitat.info-nun əməkdaşı supermarketkərdə müşahidə aparıb, ərzaq məhsullarının qiymətlərin öyrənib.
Ən çox bahalaşma kərə yağı və duru yağlarında müşahidə olunur.
Misal üçün 25 manata olan "Prezident" kərə yağı, 2 manat 50 qəpik bahalaşaraq, 27 manat 50 qəpik olub.
20.50 qəpiyə olan "Best Cow" yağı isə 1 manat bahalaşarq, 21 manat 50 qəpik olub. Yeni Zellandiya yağının kiloqramı 21.95 manata qalxıb.
Duru yağların qiymətində də 1-2 manat artım müşahidə olunub.
Bahalaşma un və un məmulatlarında da müşahidə olunur.
1 kiloqramlıq "Bismak" unları artıq 1.77 manatadır. Bəzilərinin kiloqramı artıq 2 manata çatır. Halbuki bu qiymətlər bir müddət öncə 1.25-1.40 manat civarında idi.
"Ankara" makaronları 1.55 manatdan - 1 manat 77 qəpiyə qalxıb.
Eyni zamanda təmizlik məhsulları və yuyucu tozların da qiyməti artıb.
Fotoları təqdim edirik.