"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iş həftəsi maksimum 40 saat olmalıdır."
Bu sözləri Sitat.info-ya açıqlamasında Hüquqşünas Samir Qasımov bildirib.
Onun sözlərinə görə, "beş günlük iş həftəsində iş saatı maksimum 40 saatdır. Qanunvericiliklə müəyyən olunan saatdan əlavə işləmək zərurəti yaranarsa, vəziyyət mütləq işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir.
Rəsmiləşdirilmiş əmrdə müvafiq istehsalın zərurətinə görə, işçilərin adları, əlavə çalışacaqları saat müddəti qeyd olunmalıdır. Təbii ki, əlavə olunan saatlara görə işçiyə əlavə əməkhaqqı verilməlidir. İşçinin gündəlik iş saatına əlavə olunan vaxt isə 2 saatdan çox olmamalıdır.
Hüquqşünas onu da qeyd edib ki, bir çox hallarda işəgötürənlər əmək məcəlləsinin prinsiplərinə əməl etmir, bəzən işçinin hətta 12 saat belə işlədildiyinin şahidi oluruq.
Əgər işəgötürən tərəfindən işçinin hüquqları pozularsa, işçilər bu vəziyyəti sübut edəcək faktlara sahibdirlərsə məhkəməyə müraciət edə bilərlər."
Məğrur,