Xalq arasında “qan xərçəngi” kimi tanınan leykemiya uşaqlarda ən çox rast gəlinən xərçəng növlərindən biridir. Uşaq Hematologiyası və Uşaq Onkologiyası Mütəxəssisi Prof. Dr. Cengiz Canpolat leykemiya diaqnozunda ən mühüm problemin onun erkən diaqnoz olduğunu deyir.
“Bir çox xəstəliklə qarışdırıla biləcəyi üçün xəstəliyin erkən diaqnozu çətindir. Əslində uşaqlığın özünəməxsus hərəkətliliyindən yaranan yorğunluq və ayaqların zədələnməsi kimi hallara əhəmiyyət vermirik, ancaq bu ciddi xəstəliyin ilk siqnalları ola bilər. Bu səbəbdən valideynlərin övladlarında olan bəzi qeyri-adi vəziyyətlərə diqqət etməlidirlər.
Qan xərçəngi ilə bağlı bilgi azdır. Ancaq onun əlamətlərini hər kəs bilməlidir.
- ayağın yuxarı hissəsində qançırlar
Leykemiya uşaqlar arasında yayıln xərçənglərinin yüzdə 25-30 faizini təşkil etdiyini bildirən Prof. Dr. Cengiz Canpolat xəstəliyin ən çox 2-5 yaş arasında baş verdiyini deyir. Valideynlərin övladlarının bədənlərindəki göyərmələrə diqqət etməlidirlər. Hər göyərməni uşağın hərəkətliliyi, nadincliyi ilə bağlamaq olmaz. Zədələr, qançırlar bəzən keçib geedir, amma bəzən ciddi xəstəliyin siqnalları ola bilər. Əllər və ayaqlar kimi altında sümük olan səthlərdəki zədələnməsi mümkündür, lakin yumşaq yerlərdə olanlar qançırlar əhəmiyyətlidir və həkimə göstərilməlidir. Çox yüngül bir zərbə ilə böyük qançırlar meydana gəlməsi normal deyil və vaxt itirmədən həkimə müraciət edilməlidir.
Lösemi qan hüceyrələrini təsir edən bir xəstəlik olduğundan, müxtəlif qanaxmalara səbəb ola bilər. Uşaqların orqanizmində keçməyən kiçik nöqtəli qanaxmalara, həmçinin burun və diş əti qanamasına diqqət yetirmək lazımdır.
Aparılan araşdırmalara görə, leykemiyanın ən əhəmiyyətli əlamətlərindən biri uzun sürən və davamlı diş əti qanaxmalarıdır. Valideynlər panik olmadan övladlarını müşahidə etməli, həkimə müraciət etməyi unutmamalıdırlar.
Uşaqlarda hərəkətlilik də yorğunluq gətirə bilər. Amma ehtiyatlı olun! Yorğunluğun bəzən leykemiya xəstəliyinin əlamətlərindən biri ola bilir.
Leykemiyada qan azlığına bağlı zəiflik, yorğunluq və dəri solğunluğu kimi əlamətlər mühüm siqnaldır.
“Dəqiq diaqnozu xəstənin sümük iliyinin götürülərək müvafiq şöbələrdə müayinəsi ilə qoyulur. Diaqnozun vaxtında qoyulması və erkən müalicəyə mümkün qədər tez başlamaq vacibdir".
Nərgiz,
SİTAT.İNFO