Zəfər günü hava necə olacaq?

13:13 7 Noyabr 2022

Sabah, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq.

Nisbi rütubət 70-80 % olacaq.



Xəbər xətti