Pediatrdan HƏYƏCAN dolu sözlər: "Uşaqların əli çatan yerdə..."

13:01 11 Noyabr 2022

"Bir ailənin iki azyaşlı uşağı siçan dərmanı yeyib zəhərləniblər. Hər ikisi dünyasını dəyişib. Ağır faciədie, ona görə valideynin üstünə getmək olmur.  Amma məlumatda bir məqam diqqətimi çəkdi. Dərman mətbəxdə, siyirmədə olub. Uşaqların əli çatacaq yerdə. Baxın, bəla budur!".

Bu sözləri Sitat.info-ya açıqlamasında pediatr Vaqif Qarayev deyib. 

Onun sözlərinə görə, uşaqları zəhərləyəcək nə varsa əlçatan yerdə olmamalıdır: "Parfümeriya məmulatları, ayaqqabı kremi, müxtəlif batereyalar, gündəlik qəbul edilən dərmanlar, toksiki tərkibli mayelər və s. uşaqlardan uzaq olmalıdır! Səhvimiz bundadır, edə bilmirik! Səhlənkarlıq edirik! Uşaqları qoruyaq!".

Gülsüm,

SİTAT.İNFO



Xəbər xətti