"Ölkəyə tonlarla narkotik gətirənləri ifşa etmək lazımdır. Bunun qarşısını almasaq, vəziyyət acınacaqlı olacaq. Necə ki, Rusiyanın belini alkoqolizm qırdı, narkotik də bizim belimizi qıracaq. İnsanlar maddi sıxıntı çəkir və narkotikaya çıxış yolu kimi baxırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
O qeyed edib ki, insanları da bu yollardan çəkindirən dinimizdir, dinimizə də İran müdaxilə edir: "İran "İslami cümhuriyyət" deyə- deyə düynaya narkotik satır. Ümumiyyətlə, onların İslamdan xəbəri yoxdur. Bu da İranın Azərbaycana qarşı yürütdüyü yeni hibrit müharibədir".
Müxalifət lideri vurğuladı ki, narkotik müasir aləmdə manqurtların yaradılması üçün mexanizmdir: " Kimin ürəyi istədi, 5-10 manata rahatlıqla əldə edə bilir".
Məğrur,
Sitat.info