Bu avtomobillər gömrük rüsumundan azad edildi - RƏSMİ

16:12 11 Noyabr 2022

Azərbaycana elektrik mühərriklə hərəkətə gətirilən təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.

 

Sitat.info apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.



Xəbər xətti