"Analar uşaqlarına ev yeməyi verməlidir" - Professordan XƏBƏRDARLIQ!

17:52 14 Noyabr 2022

Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi professor Feyzi Gökosmanoğlu diabet, piylənmə, qalxanabənzər vəzi xəstəlikləri, endokrinologiya və metabolik xəstəliklər lə bağlı mühüm məlumatlar paylaşıb. Şəkər xəstələrinin endokrinoloqlar tərəfindən təqib edilməli olduğunu vurğulayan Gökosmanoğlu deyib ki, biz yalnız diabet xəstələrinin şəkər səviyyələrini təqib etmir, həm də i mövcud müalicələr haqqında məlumatlandırır  və müalicə edirik.

Sitat.info xəbər verir ki, professor bu mövzuda tövsiyələr verib.

"Əslində müxtəlif endokrinoloji xəstəliklərə görə şəkərli diabeti aşkar olan xəstələrimiz müalicə olunduqda, onlarda şəkər xəstəliyinin də aradan qalxdığını görürük. Bizdə bu kimi xəstəlik hekayələri çoxdur. Xəstələrimizin sağalmasında vəsilə olmaqdan çox şadıq”.

Qalxanabənzər vəzi xəstəliklərinin cəmiyyətdə çox rast gəlindiyini qeyd edən mütəxəssis  bildirib ki, şəkər və piylənmənin kökü uşaqlıq çağına qədər edir. Bunun əsas səbəbi fast foodla qidalanmaq, hazır bazar məhsullarının çox yeyilməsi və oturaq həyat tərzidir. Xüsusilə analar uşaqlarını   evdə bişirilən yeməklərlə qidalandırmalıdırlar. 

Züleyxa,

SİTAT.İNFO



Xəbər xətti