Yağışlı hava nə vaxta kimi davam edəcək?

10:05 15 Noyabr 2022

Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilkin məlumata görə, noyabrın 17-i səhər saatlarına kimi davam edəcək.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Yağıntılı hava şəraiti ölkə ərzisində əsasən, şimal və şərq rayonlarında müşahidə olunacaq”, - deyə o bildirib.



Xəbər xətti