Çörək baha, yağ baha, ət baha... – Siyasətçi bahalaşmanın əsas səbəbindən danışdı

14:10 15 Noyabr 2022

“Mənə elə gəlir ki, dövlət günü-gündən artan bahalaşmaya müdaxilə etməlidir. Düzdür, bazar iqtisadiyyatında dövlətin qiymətə müdaxilə etməsinə ixtiyarı yoxdur. Amma Azərbaycanda klassik bazar iqtisadiyyatı da yoxdur. Çünki bazar iqtisadiyyatının əsas şərtlərindən biri bilirsiniz ki, azad rəqabətdir. Azad rəqabət olmayan yerdə bazar iqtisadiyyatından danışmaq olmaz.. Ona görə də, dövlət qiymət siyasəti aparmadığına görə, möhtəkirlər, monopolistlər fürsətdən istifadə edib, xalqı soyurlar, talayırlar”.

Bu sözləri sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bahalaşmanın iki ciddi səbəbinin olduğunu bildirdi: “Azərbaycandakı indiki bahalaşmanın iki ciddi səbəbi var. Biri obyektiv səbəbdən dünyadakı qlobal bahalaşmadır. İkincisi isə süni surətdə olan bahalaşmadır. Dünyada olan bahalaşmanın da əslinə baxsaq, bu Azərbaycanda meydana çıxması izah edilməzdir. Çünki dünyada bahalaşmanın əsas səbəbi neft və qazdır. Enerji resurslarının qiymətlərinin bahalaşmasıdır. Bizdə isə nef və qazdan daha çox gəlir gəlir. Dövlət gəlirlərinin bir hissəsini qiymətlərin sabit saxlanmasına, daxili bazarın təmin olunmsına, aztəminatlı ailələrin təmin edilməsinə xərcləməlidir”.

Məğrur,

Sitat.info



Xəbər xətti