"Süni intellektin atası” kimi tanınan Kompüter mühəndisi Geoffrey Hinton süni intellektin təhlükələrini göstərmək məqsədilə Google-dakı işindən ayrılıb.
Sitat.info xəbər verir ki, "New York Times"a danışan Hinton, süni intellektdəki irəliləyişlərin "cəmiyyət və insanlıq üçün böyük risklər yaratdığını" söyləyib.
Əvvəlki beş il ilə indiki dövrü müqayisə etmək istəyən Hinton: "Bu fərqi götürün və gələcəyə yayın. Bu qorxuducudur", - ifadələrini işlədib.
Mühəndis qeyd edib ki, pis aktyorların süni intellektdən pis şeylər üçün istifadə etmələrinin qarşısını necə ala biləcəyinizi görmək çətindir. Bəlkə də bu sistemlərdə baş verənlər əslində beyində baş verənlərdən qat-qat yaxşıdır.
Seymur Bənnayev
Sitat.info