ABŞ: Baxmutda 20 mindən çox rus döyüşçüsü öldürüldü

11:09 2 May 2023

ABŞ Rusiyanın aylardır ələ keçirməyə çalışdığı Ukraynanın şərqindəki Bəhmut şəhərində 20 min döyüşçünü itirdiyini, 80 min döyüşçünün isə yaralandığını iddia edib.

Sitat.info xəbər verir ki, Kəşfiyyat məlumatlarına əsaslanan bəyanatı ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi verib.

Kirbi ölənlərin yarısının Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı döyüşçülər olduğunu iddia edib.

Baxmut döyüşü ilə bağlı jurnalistlərə açıqlama verən Kirbi: “Əsasən Baxmutu hədəf alan Rusiyanın hücumu uğursuz oldu. Onlar ciddi və strateji qazanc əldə edə bilmədilər”, - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti