ABŞ Ukraynaya əks-hücum üçün demək olar ki, hər şeyi verir - Ağ Ev

12:01 2 May 2023

ABŞ tezliklə Ukraynaya yeni yardım paketini açıqlayacaq.

Sitat.info xəbər verir ki,  bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi öz Twitter səhifəsində bildirib.

Kirbi açıqlamasında ABŞ-ın Kiyev üçün daha bir yardım paketinin açıqlanacağı ilə bağlı xəbərdarlıq edib.

Kirbi həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar ukraynalıların əks hücuma keçməsi üçün lazım olan hərbi yardımın demək olar ki, 100 faizini təmin edib.

Prezident Volodimir Zelenski bu yaxınlarda verdiyi müsahibədə əks-hücumun Rusiya tərəfindən işğal olunmuş Krımı azad etmək planlarını ehtiva etdiyini söyləyib.

O, həmçinin bildirib ki, Ukrayna müasir qırıcıları gözləyərək əməliyyatı təxirə salmayacaq. Bildiyiniz kimi, Kiyev dəfələrlə müttəfiqləri belə təyyarələri Ukrayna ordusuna təhvil verməyə çağırıb.

Müdafiə naziri Aleksey Reznikov bildirib ki, əks-hücum əməliyyatına hazırlıq tamamlanmaq üzrədir.

“The New York Times” yazır ki, hava şəraiti yaxşılaşana qədər Ukrayna Silahlı Qüvvələrinin aktiv hərəkətlərini gözləmək olmaz.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti