Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyaya qarşı hücum üçün 8 briqadanın yaradıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Klimenko bildirib ki, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar yaradılıb.
Briqadaları silahla təchiz etdiklərini bildirən nazir Klimenko: "Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir", - deyə qeyd edib.
Yeni briqadaların 2-3 həftəlik təlim keçəcəyini bildirən Klimenko bildirib ki, bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə qüvvələri ilə əks-hücum hərəkətləri etməkdir.
Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.
Seymur Bənnayev
Sitat.info