ABŞ-ın hazırkı prezidenti Cozef Bayden ikinci müddətə seçiləcəyi təqdirdə, əsas vəzifəsi siyasi rəqiblərini tam təmizləmək olacaq.
Sitat.info xəbər verir ki, bu fikri politoloq Dmitri Drobnitski "Solovyov Live"-ın efirində səsləndirib.
Onun sözlərinə görə, Ağ Evin hazırkı sahibinin ilk seçkiqabağı videosundan çıxış etsək, o, açıq-aydın göstərir ki, təmsil etdiyi Demokratik Partiya Respublikaçılar partiyasının üzvlərini "ovlamağa" hazırlaşır.
Bu prosesin başlamasının əsas səbəbi kimi, Bayden rəqiblərini 2021-ci ilin yanvarında Kapitoliyaya hücum edərkən demokratiya qaydalarına təhlükə yaratmaqda ittiham edə bilər.
Ekspertin fikrincə, ABŞ prezidenti kütləvi və barışmaz siyasi repressiya yolu ilə Respublikaçılar Partiyasına və onun tərəfdarlarına son qoymağın zəruriliyini bəyan edə bilər ki, bu da Amerika cəmiyyətində təlatüm yaratmalıdır./ Publika.az