Bütün tərəflərlə taxıl sazişi üzrə danışıqlar mayın 3-də keçiriləcək - "Reuters"

16:15 2 May 2023

BMT-nin dəstəklədiyi Qara dəniz taxıl təşəbbüsü ilə bağlı bütün tərəflərin iştirakı ilə danışıqlar mayın 3-nə planlaşdırılıb.

Sitat.info xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbədən "Reuters" agentliyinə məlumat verilib. 

"Sabah danışıqlar aparılacaq. Bütün tərəflər... Ümid edirəm ki, nəticələr əldə olunacaq", - mənbə Reuters agentliyinə bildirib.

Qeyd edək ki, Ukraynadan ərzaq ixracına dair sazişlər keçən il iyulun 22-də 120 gün müddətinə imzalanıb. Daha sonra sövdələşmələr keçən il noyabrın eyni dövrü üçün uzadılıb. Martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış memorandumun icrasını nəzərdən keçirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti