Reznikov Rusiyanın yeni “xoşməramlı jest” hazırladığını bildirib.
Sitat.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleqsey Reznikov döyüş meydanındakı məğlubiyyətlərə görə Rusiya Federasiyasının öz ölkəsinin ərazisində texnogen fəlakət bəhanəsi ilə növbəti “xoşməramlı jest” hazırladığını deyib.
Nazirin sözlərinə görə, Kreml artıq öz cəmiyyəti daxilində Ukrayna ordusunun növbəti uğurunu necə əsaslandırmaq üçün mümkün ssenarilərin variantlarını axtarır.
Məsələn, elektrik stansiyası, su elektrik stansiyası və AES-lə bağlı nəsə baş versə, əhali üçün risklər olacaq və bu, hökumətdən təcili diqqət tələb edəcək. Beləliklə, ruslar Ukraynada aktiv hərbi əməliyyatların dayandırılmasına geyindirməyə don tapacaqlar. Yəni Rusiya Federasiyası ərazisində hansısa kataklizm adı altında “xoş niyyət jesti” səsləndirməli olacaq./ Publika.az