Üçtərəfli sazişlər istisna olmaqla, Azərbaycanla Ermənistan arasında sülh üçün heç bir hüquqi əsas yoxdur.
Sitat.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağ üzrə vəziyyətin həlli üçün başqa hüquqi əsasların olmadığını bildirib.
“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, təbii ki, Rusiyanın iştirakı ilə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur”, - Peskov deyib.
“Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlanır, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandıran müxtəlif cəhdlər var. Bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci işdən gedir”, - Peskov əlavə edib.
Xatırladaq ki, Azərbaycan, ABŞ və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri Vaşinqtonda Cənubi Qafqazda təhlükəsizlik məsələlərini və Bakı ilə İrəvan arasında münasibətlərin nizama salınmasını müzakirə ediblər./ Publika.az