Rusiya: "Almaniyanın müharibədə iştirakı günü-gündən artır"

17:30 2 May 2023

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Almaniya hakimiyyəti Ukraynaya verilən silahların Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə olunmamasını təmin etmək imkanına malik deyil.

Sitat.info xəbər verir ki, “Vedomosti” mətbuat katibinin açıqlamalarına görə, Almaniyanın müharibədə birbaşa və dolayısı ilə iştirakı günü-gündən artır.

"Birincisi, Almaniyanın bunu izləmək fürsəti yoxdur - bunu dəqiq demək olar. İkincisi, Almaniyanın Kiyev rejiminə verdiyi silahlar artıq Rusiya ərazisini atəşə tutur, çünki Donbass Rusiya ərazisidir", - Peskov deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti