Sudanda 330 mindən çox vətəndaş evlərini tərk edib

18:01 2 May 2023

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Sudanda daxili münaqişələr səbəbindən 334.053 nəfərin evlərini tərk etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dərc etdiyi hesabatda münaqişənin başladığı 15 aprel tarixindən  334 min 53 nəfərin və ya 66 min 811 ailənin məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib.

Ölkənin 18 əyalətindən 14-də insanların öz yerlərini tərk etdiyi bildirilən hesabatda indiyədək 64 mindən çox insanın qonşu ölkələrə köç etdiyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti