Sudanda tərəflər mayın 4-dən qüvvəyə minən 7 günlük atəşkəs haqqında razılığa gəliblər.
Sitat.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı Sudandakı qarşıdurmalar səbəbindən təxminən 334 min insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında silahlı toqquşmalar baş verib.
Sudan Səhiyyə Nazirliyi ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 528 nəfərin öldüyünü, 4599 nəfərin yaralandığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info