İranda İnqilab Keşikçiləri Ordusuna aid obyektdə partlayış!

21:21 2 May 2023

İranın Simnan əyalətində İnqilab Keşikçiləri Ordusuna məxsus hərbi obyektdə partlayış baş verib.

Sitat.info İranın yarı rəsmi Tesnim informasiya agentliyinə istinadən xəbər verir ki, Simnan vilayətinin Damqan şəhərində İnqilab Keşikçiləri Ordusunun hazırlıq və dəstək mərkəzlərindən birində sursat daşıyarkən baş verən qəza nəticəsində partlayış baş verib.

Xəbərdə partlayışa səbəb olan qəzanın araşdırıldığı və hadisə ilə bağlı ətraflı məlumatın daha sonra veriləcəyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti