ABŞ qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün cənub sərhədinə 1500 əsgər göndərəcək

22:02 2 May 2023

ABŞ hökumətinin qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcəyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Hökumətə yaxın mənbələrə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası qeyri-qanuni mühacirlərin ABŞ-dan deportasiya prosesini sürətləndirən qanunun ləğvindən əvvəl sərhədə nəzarəti saxlamaq üçün əlavə 1500 hərbçi yerləşdirib.

Qeyd olunub ki, hökumətin bu qərarı mayın 11-də başa çatacaq qanuni məhdudiyyətlərdən sonra ABŞ sərhədinə gələn qeyri-qanuni miqrantların sayında böyük artım olacağı gözləntisinə əsaslanır.

Yeni təyin olunmuş hərbi hissənin 90 gün ərzində sərhəd bölgəsində inzibati vəzifələrdə iştirak edəcəyi və heç bir hüquq-mühafizə funksiyasını yerinə yetirməyəcəyi paylaşılıb.

ABŞ mətbuatında son günlər ölkənin cənub sərhədindən hər gün təxminən 7 min qeyri-qanuni miqrantın gəldiyi və bu rəqəmin önümüzdəki həftələrdə artacağı gözlənilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti