Avropa Komissiyası Ukraynanın beş Aİ ölkəsinə taxıl ixracına qadağa qoyub

22:35 2 May 2023

Mayın 2-dən iyunun 5-dək Ukraynanın beş Şərqi Avropa ölkəsinə taxıl ixracına qadağa qoyulub. 

Sitat.info xəbər verir ki, bu barədə qərarı Avropa Komissiyası verib. 

"Avropa Komissiyası bu gün Ukraynadan məhdud sayda məhsulların idxalı ilə bağlı müstəsna və müvəqqəti qabaqlayıcı tədbirlər görüb", - AK bildirib.

"Tədbirlər yalnız Ukrayna mənşəli dörd kənd təsərrüfatı məhsuluna (buğda, qarğıdalı, kolza və günəbaxan toxumu) aiddir. Bu, 2023-cü il iyunun 5-dək davam edəcək", - deyə qeyd olunub.

2023-cü ilin aprelində Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya bazarlarında həddən artıq mal ehtiyyatı olduğuna görə, fermerlər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını birtərəfli qaydada qadağan etmək qərarına gəliblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti