İsrail ordusu Qəzzaya hücum edib

11:07 3 May 2023

İsrail ordusu blokadada olan Qəzza zolağına hücuma başladığını açıqlayıb. İsrail döyüş təyyarələrinin Qəzzanın cənub və şimal bölgələrində fələstinli qruplara aid hədəfləri vurduğu, Qəzza zolağında partlayışların baş verdiyi bildirilib.

Sitat.info xəbər verir ki, Yediot Ahronot qəzetinin İsrail təhlükəsizlik mənbələrinə əsaslanan xəbərinə görə, inzibati həbs tətbiq ilə həbs olunan fələstinli Xıdır Adnanın 87 günlük aclıq aksiyasından sonra həyatını itirməsinə  cavab olaraq Qəzza zolağından atılan raketlərə cavab olaraq Həmasla qarşılaşmaq mənasına gəlsə də, güclüdü və əhatəli olacaq.

Xəbərdə həmçinin Qahirə rəhbərliyinin Adnanın cənazəsinin atəşkəs üçün İsrailə təhvil verilməsini istədiyi, lakin Təl-Əvivin buna razı olmadığı iddia edilib.

İsrail ordusu Qəzza zolağından 30-dan çox raket və minaatan atıldığını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti