Rusiya Polşaya nota verib

11:36 3 May 2023

Rusiya Polşanın Moskvadakı müvəqqəti işlər vəkili Yaçek Sladevçkini Xarici İşlər Nazirliyinə çağırıb və nota verib.

Sitat.info xəbər verir ki, Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyi tərəfindən orta məktəb kimi istifadə edilən binanı ötən şənbə günü ələ keçirməsindən sonra Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı müvəqqəti işlər vəkili Yaçek Sladevçkini Xarici İşlər Nazirliyinə çağırıb.

20 dəqiqəlik görüşdən sonra tərəflər heç bir açıqlama verməsə də, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina müvəqqəti işlər vəkili Sladeçkinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew məktəb binasının müsadirə olunması ilə əlaqədar bu gün Polşa Xarici İşlər Nazirliyinə etiraz notası verildiyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti