Bu, Türkiyənin tarixi yaddaşına ziddir.
Sitat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Türkiyənin hava məkanının erməni təyyarələri üçün bağlanmasına münasibət bildirərək, Ermənistanın hərəkətlərini “Türkiyənin tarixi yaddaşına zidd” adlandırıb.
"Bunun cavabsız qalacağını gözləmək olmazdı. Təbii ki, bunun hava məkanının bağlanması kimi nəticələri olacaqdı", - deyə Kalın qeyd edib.
Xatırladaq ki, Ankara aprelin 29-da əvvəlcədən xəbərdarlıq etmədən “Flyone Armenia” şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib və bunu İrəvanda “Nemezis” əməliyyatı qəhrəmanlarına abidənin açılması ilə izah edib./ Publika.az