Zelenski Kremlə vurulan zərbəyə reaksiya verib: Bizim məlumatımız yoxdur...

17:08 3 May 2023

Müharibədə Ukrayna dövlətinin vəzifəsi Moskvaya hücumlar deyil, işğal olunmuş ərazilərin azad edilməsidir.

Sitat.info xəbər verir ki, bunu BBC News-a Moskvada gecə baş verən insidenti şərh edən Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

"Bizdə Kremlə gecə hücumları adlandırılan hücumlar barədə heç bir məlumat yoxdur. Lakin prezident Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini öz ərazilərini azad etməyə, başqalarına hücum etməməyə yönəldir", - Nikiforov deyib.

Eyni zamanda, Ukrayna prezidentinin spikeri qeyd edib ki, Rusiyanın Dnepr və Umanda çoxmərtəbəli yaşayış binalarına raket hücumlarından fərqli olaraq, Moskvada baş verənləri terror hücumu hesab etmək olmaz.

"Və Moskvada baş verənlər açıq-aydın mayın 9-dan əvvəl vəziyyətin gərginləşməsidir", - Nikiforov bildirib.

Xatırladaq ki, mayın 3-nə keçən gecə naməlum pilotsuz təyyarə Kreml kompleksinin ərazisindəki binalardan birinin damına çırpılıb. Nəticədə yerli yanğın baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Kremlin mətbuat xidməti bildirib ki, Moskva hadisəni “planlı terror aktı və Putinin həyatına qəsd kimi qiymətləndirir”. Rusiya hakimiyyəti baş verənlərə görə “Kiyev rejimini” günahlandırır.

Dron Kremlə çarpdıqdan sonra Moskva pilotsuz təyyarələrin uçuşlarına tamamilə qadağa qoymaq qərarına gəlib.

Nərgiz,

Sitat.info



Xəbər xətti