Podolyak Kremlə kimin hücum etdiyini açıqladı: ŞOK REAKSİYA

17:46 3 May 2023

Podolyak xatırladıb ki, pilotsuz təyyarələr istənilən hərbi mağazada satılır.

Kremlə gecə hücumu yəqin ki, ən yaxın hərbi mağazada silahlanmış “yerli müqavimət qüvvələri” tərəfindən təşkil edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Kreml üzərində pilotsuz təyyarələrə gəlincə. Hər şeyi proqnozlaşdırmaq olar... Rusiya açıq-aydın genişmiqyaslı terror aktı hazırlayır. Ona görə də əvvəlcə Krımda təxribat törətməkdə şübhəli bilinən böyük bir dəstəni saxlayır. Sonra isə "Kreml üzərində pilotsuz uçan aparatları" nümayiş etdirir", - o bildirib.

Podolyak qeyd edib ki, Ukrayna sırf müdafiə xarakterli müharibə aparır və Rusiya ərazisindəki obyektlərə hücum etmir.

Onun sözlərinə görə, bu cür zərbələr "heç bir hərbi problemi həll etmir", lakin Rusiyaya Ukraynanın mülki əhalisinə hücumlarına haqq qazandırmaq üçün əsas verir.

Nərgiz,

Sitat.info



Xəbər xətti