Moskvada PUA-ların uçuşu qadağan edildi

18:50 3 May 2023

Paytaxt Moskvada PUA-ların uçuşuna qadağa qoyulub.

Sitat.info xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin qərarında qeyd olunub.

Məlumata görə, qadağa hökumət orqanlarının qərarı ilə istifadə olunan PUA-lara şamil edilməyəcək.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat xidməti bu gecə Ukraynaya məxsus iki PUA-nın Kremlə hücum etdiyini açıqlamışdı./ Axar.az



Xəbər xətti