SON DƏQİQƏ! Dünyada ərzaq böhranı anonsu: "Taxıl təhlizi" bağlana bilər

18:57 3 May 2023

Əgər İstanbulda danışıqlar zamanı Ukrayna və Rusiya taxıl müqaviləsi ilə bağlı razılığa gəlməsələr, “taxıl dəhlizi” fəaliyyətini dayandıra bilər.

Sitat.info xəbər verir ki, bu açıqlama ilə çıxış edən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İstanbulda danışıqların mayın 5-nə planlaşdırıldığını qeyd edib. Danışıqlar uğursuz nəticələndiyi təqdirdə taxıl daşınması mayın 18-də dayandırıla bilər.

"Görüş müsbət nəticə verməsə, mayın 18-də taxıl daşınması dayandırıla bilər. Müsbət qərar olmasa, dünya ərzaq təchizatında ciddi problemlər yarana bilər", - Türkiyə prezidentinin mətbuat katibi bildirib.

Səid,

Sitat.info



Xəbər xətti