Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Sudandakı böhranın həlli üçün təcili tədbirlər görməyə çağırıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Keniyaya rəsmi səfəri zamanı açıqlamalar verərək: “Xartum qarışıqlıq içindədir, Darfur yenidən yanır və BMT-nin Qaçqınlar Agentliyi artıq 100 mindən çox insanın ölkəni tərk etdiyini təsdiqləyib. Yaxın günlərdə və ya həftələrdə daha 800.000 nəfər ölkəni tərk edə bilər.", - ifadəsini işlədib.
Daha çox insan ölmədən döyüşlərin dayandırılmasını istəyən BMT-nin baş katibi bu münaqişənin bölgəyə illər boyu təsir edə biləcəyi barədə xəbərdarlıq edib.
Ölkəyə humanitar yardım çatdırmağa hazır olduqlarını vurğulayan Quterreş, ehtiyacı olanların yardıma sürətli və təhlükəsiz çıxışı üçün də dəstək istəyib.
Ölkədəki vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığını ifadə edən Quterreş böhranın həlli üçün təcili tədbirlər görməyə çağırıb.
Seymur Bənnayev
Sitat.info